Azərbaycanın magistral kəmərləri ilə 25 mln. ton neft nəql olunub
Yanvar-iyul aylarında magistral neft kəmərləri ilə 24733,5 min ton neft nəql edilib.
Dövlət Statistika Komitəsindən "APA-Economics”ə verilən xəbərə görə, nəqletmənin 78,3%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib.
Cari ilin yanvar-iyul ayları ərzində bu kəmər vasitəsilə 19374,2 min ton neft ötürülüb. Dövr ərzində BTC kəməri ilə 3759,1 min ton tranzit nefti də nəql edilib.