• şənbə, 20 Aprel, 15:57
  • Baku Bakı 23°C

“Azərbaycanın İntellektual Birİncisi”nin regional turnirlərinə başlanılıb

10.11.17 16:16 1537
“Azərbaycanın İntellektual Birİncisi”nin regional turnirlərinə başlanılıb
"Azərbaycan İntellektual Birİncisi” layihəsi artıq ikinci ildir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və "İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. Layihə, ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən bir təşəbbüsdür.

Oktyabrın 28-də layihənin açılış mərasimi olub. Binəqədi, Yasamal, Xətai, Xəzər, Nərimanov, Nəsimi, Nizami, Səbail, Suraxanı, Sabunçu, Qaradağ rayonlarının gənc intellektuallarının iştirakı ilə Bakı şəhəri turniri keçirilib. Bakı şəhərində keçirilən regional seçim turunda "Xəmsə”, "Nə? Harada? Nə zaman?” intellektual oyunlarında Nəsimi, "Axtar tap” intellektual oyununda Sabunçu, "Vətəni tanı” İntellektual oyununda Nizami rayonunun gənc intellektualları qalib olublar.

29 oktyabr tarixində layihə çərçivəsində Abşeron, Sumqayıt, Xızı şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə Abşeron üzrə regional turnir keçirilib. Həmin seçim turunda "Xəmsə”, "Vətəni tanı” intellektual oyunlarında Sumqayıt şəhəri, "Nə? Harada? Nə zaman?”, "Axtar tap” intellektual oyunlarında Abşeron rayonunun gənc intellektualları qalib olublar.

Noyabrın 4-də layihənin Quba, Şabran, Xaçmaz, Qusar, Siyəzən şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə Quba üzrə regional turnir keçirilib. Quba şəhərində keçirilən seçim turunda "Xəmsə” intellektual oyununda Şabran, "Nə? Harada? Nə zaman?” intellektual oyununda Siyəzən, "Axtar tap”, "Vətəni tanı” intellektual oyununda Quba rayonunun gənc intellektualları qalib olublar.

Noyabrın 5-də Tərtər, Ağdam, Füzuli rayonlarının gənc intellektuallarının iştirakı ilə Tərtər Yuxarı Qarabağ rayonu üzrə regional turnir baş tutub. "Xəmsə”, "Axtar tap” intellektual oyununda Füzuli, "Nə? Harada? Nə zaman?”, "Vətəni tanı” İntellektual oyununda Tərtər rayonunun gənc intellektualları qalib olublar.

Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

Qeyd edək ki, 11 regionda 4 intellektual oyun ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar tap", "Vətəni Tanı") üzrə keçirilən "Azərbaycanın İntellektual Birİncisi" layihəsi çərçivəsində 62 rayon, Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 70 rayondan 1400 nəfər gəncin iştirakı gözlənilir.

"Azərbaycanın İntellektual Birİncisi” layihəsinin final mərhələsi Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunub və Bakıda keçirilməsi planlaşdırılır.



banner

Oxşar Xəbərlər