• cümə axşamı, 28 mart, 17:01
  • Baku Bakı 16°C

Azərbaycanın ilk uşaq telekanalı “ARB Günəş” iki yaşını qeyd edir

01.04.17 13:50 2108
Azərbaycanın ilk uşaq telekanalı “ARB Günəş” iki yaşını qeyd edir
Aprelin 1-də Azərbaycanın ilk uşaq telekanalı "ARB Günəş”in iki yaşı tamam olur.
AZƏRTACxəbər verir ki, "ARB Media Qrup”una daxil olan "ARB Günəş” telekanalı 2015-ci il aprelin 1-dən ölkəmizin şimal regionunda fəaliyyətə başlayıb. Həmin il aprelin 10-dan etibarən "Azerspace 1” peyki vasitəsilə yayımını həyata keçirir. Kanalı kabel televiziyalarında və onlayn izləmək də mümkündür.
Televiziya ilk vaxtlar 16 saat yayımlansa da, 2015-ci il iyunun 1-dən 24 saatlıq yayıma keçib. Efir vaxtını bütünlüklə uşaqlara həsr edən "ARB Günəş" ölkənin azyaşlı izləyicilərinə Azərbaycan dilində cizgi filmləri və maarifləndirici proqramlar təqdim edir.
"Biz gələcəyik”, "Çərpələng”, ”Xəbərdar ol”, ”Bizim həyət”, "Dostlar” adlı uşaq verilişləri balaca tamaşaçılarda böyük maraq oyatmağı bacarıb. Tərbiyəvi əhəmiyyətə malik verilişlər vasitəsilə uşaqlara davranış qaydaları, təbiət və heyvanlar aləmi haqqında biliklər, səlis yazmaq, oxumaq vərdişləri öyrədilir.
Hazırda televiziya texniki bazasının və yayım imkanlarının genişlənləndirilməsi istiqamətində işləri davam etdirir. Milli–mənəvi dəyərlərə söykənən, uşaq psixologiyasına müsbət təsir edən yayım həyata keçirən "ARB Günəş” gələcəkdə maarifləndirici verilişlərin sayını daha da artırmaq niyyətindədir.
banner

Oxşar Xəbərlər