Azərbaycanın haqq savaşına qarşı çıxan "Meydan TV" erməni lobbisinin tezisləri əsasında işləyir - Ekspert
Bu gün Ali Baş Komandan İlham Əliyev sentyabrın 27-dən başlayaraq 30 ilə yaxın işğal altında olan torpaqlarımızın işğaldan azad olunmasını həyata keçirir. Son 100 ildə ilk dəfədir ki, öz torpaqlarımızın geri qaytarılmasını təmin edirik. Xalq çox möhtəşəm şəkildə cənab Prezidentin ətrafında birləşib və bir yumruq kimi təkcə vəhşi ermənilərə deyil, dövlətimizin müstəqiliyini gözü götürməyən və daim milli maraqlarımıza qarşı fəaliyyət göstərən qüvvələrə qarşı da mübarizə aparırıq.
Bunu Trend-ə açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı deyib.
N.Orduxanlı bildirib ki, belə bir vəziyyətdə əlbəttə beşinci kalonun nümayəndlərinin işə salınması gözlənilən idi: "Axı, sapı bizdən olan bu baltaları, xainləri maliyyələşdirən xarici qurumlardır, bunlara "Sorosun çocuqalrı" deyilir. Azərbaycanın apardığı haqq savaşına qarşı çıxanlar "Meydan TV", Xədicə İsmayıl, Qiyas və xaricdə olan bəlli şəbəkə konret tapşırıq əsasında fəaliyyətə başlayıblar. Ermənilərin xeyrinə fəaliyyət aparırlar. Şanlı ordumuzun zəfər qələbəsini hər gün cənab Prezident bütün dünyaya bəyan edir.
24 gün ərzində 130 qəsəbə və kəndimiz işğaldan azad edilib. Erməni hərbi birləşmələrinə 5 milyard dollardan çox ziyan vurmuşuq. Minlərlə erməni əsgərini məhv etmişik. Bu cür irəliləməyə kölgə salmaq üçün bu qüvvələrin sosial şəbəklərdə, öz mətbuat orqanlarında yaydığı məlumatlar eyni mərkəzdən, erməni diasporasının, lobbiçilərinin hazırladığı tezislər əsasında həyata keçirilir.
Təsəvvür edin, bizim hərbi sənayemiz özlərinin istehsal etdiyi PUA-lara "İTİ QOVAN" adı qoyub. Bəllidir ki, söhbət bizim 30 il ərazimizi işğalda saxlayan separtçı quldur dəstəsinin rəhbərliyinin ünavnına deyilmiş sözlərdir. Baxın, bu ada Xədicə İsmayl etiraz edir və etik qaydaların pozulmasını deyir. Bu adam vəhşi erməni əsgərinə etik qaydalarla yanaşmaqdan danışır. Halbuki, bu vəhşi erməni əsgəri bizim körpə balalarımızı gecə yatdığı yerdə Gəncədə qətlə yetirib. Baxın, bunların mahiyyəti budur. Ordumuzun qələbəsinə kölkə salmaq üçün bu qüvvələrdən istifadə edirlər.