• cümə, 29 Mart, 13:59
  • Baku Bakı 14°C

Ermənistan öz məğlubiyyətini qələbə kimi qələmə verməyə çalışır

25.09.20 09:15 393
Ermənistan öz məğlubiyyətini qələbə kimi qələmə verməyə çalışır
Son günlərdə Respublikamızın müxtəlif rayonlarında ehtiyyatda olan hərbi vəzifəlilər bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün hərbi təlim toplanışına çağırılırlar. Bu bir qədər xalqımızda narahatlıq yaratsada təşvişə heç bir əsas yoxdur.
Döyüş qabiliyyətlərinin inkişaf etdirilməsi, hərbi bilik və bacarıqlarının təkmilləşdirilməsi yönündə olan bu hazırlıq müharibə şəraitində olan Azərbaycan üçün vacib bir şərtdir. Çünki, son günlərdə baş verən erməni təxribatları açıq-aydın onu göstərir ki, onlar işğalçı rejimdən əl çəkməyəcək və sülh yoluna getməyəcəklər. Təxribat ümumilikdə Ermənistan tərəfinin xarakterinə çevrilib və düşünürəm ki, nəinki son zamanlarda, hətta bütün dövrlərdə biz sistematik olaraq bu halları görürük. Bu qəbildən olan ən əsas məsələ Ermənistanın faktiki olaraq danışıqlara getməməsidir.
Ermənistan rəhbəri danışıqlar prosesini pozub, çünki onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir. Paşinyan deyir ki, Azərbaycan Ermənistanla yox, Dağlıq Qarabağla danışıqlar aparmalıdır. Bu, formatı dəyişdirmək cəhdidir və buna Azərbaycan heç vaxt razı ola bilməz. Minsk qrupunun həmsədrləri də Ermənistan tərəfinə bu kimi açıqlamaların ziyanlı olmasını bildirmişlər. Bunu Ermənistan da çox gözəl dərk edir. Elə buna görə də Ermənistan öz məğlubiyyətini qələbə kimi qələmə verməyə çalışır.
Azərbaycan tərəfinin təqdim etdiyi görüntülər isə Ermənistanın heç bir qələbə qazanmadığını təsdiqləyir. Bu qələbədirsə, onda Ermənistan niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edir? Ucuz və mənasız manipulyasiya xarakterli, ziddiyyətli, özünü və rəhbərlik etdiyi xalqı aldatmağa yönəlmiş belə addımların qayəsi ancaq özünü alçaltmaq ola bilər. Bu, erməni xislətinin bariz nümunəsidir: özlərindən məzlum, yazıq xalq imici düzəltmək, ağlaşmaq və ondan-bundan nə isə imtiyaz, ianə, qrant, kömək qoparmaq.
Belə olan halda Azərbaycan öz ərazi bütövlüyünü müharibə ilə bərpa etməlidir. Çox güman ki döyüş qaçılmaz olacaq. Hər iki halda itirəcək olan dövlət Ermənistandır. Çünki bizim hərbi gücümüz yetərincə qüdrətlidir və cənab Prezidentimizin dediyi kimi: Bir daha demək istəyirəm ki, artıq Ermənistan ərazisinə keçmək üçün bizə heç bir hərbi maneə yoxdur. Mənə gün ərzində dəfələrlə məlumat verilirdi. Mənim bir sözüm ilə Azərbaycan ordusu keçib oturacaqdı Ermənistan ərazisində. Bəli biz istər sülh istər hərb yolu ilə də olsa torpağımızın bir qarışını belə verməyəcəyik. Azərbaycanın güclü ordusu var, Azərbaycan qüdrətli dövlətdir!
Eldəniz Səlimov
Millət vəkili
banner

Oxşar Xəbərlər