• cümə, 29 Mart, 14:29
  • Baku Bakı 14°C

Azərbaycanın gələn il icmal büdcəsinin kəsirinin 7,7% azalacağı gözlənilir

21.12.20 12:13 362
Azərbaycanın gələn il icmal büdcəsinin kəsirinin 7,7% azalacağı gözlənilir
Azərbaycan Respublikasının 2021-ci il icmal büdcəsinin gəlirləri 23 828,1 mln. manat proqnozlaşdırılıb ki, bu da 2020-ci illə müqayisədə 1 465,1 mln. manat və ya 6,6% çoxdur.
Azərbaycan Maliyyə Nazirliyindən "APA-Economics”ə verilən məlumata görə, bu barədə"Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində deyilir.

İcmal büdcəsinin xərcləri 31 163,4 mln. manat olacaq ki, bu da 2020-ci illə müqayisədə 855,1 mln. manat və ya 2,8% çoxdur.
2021-ci ilin icmal büdcəsinin kəsiri 7 335,3 mln. manat təşkil etməklə 2020-ci illə müqayisədə 610,1 mln. manat və ya 7,7% azdır. Kəsir proqnozlaşdırılan ÜDM-in 9,7%-nə bərabər olacaq ki, bu da 2020-ci illə müqayisədə 1,4 faiz bəndi azdır.
banner

Oxşar Xəbərlər