• cümə, 29 Mart, 04:31
  • Baku Bakı 7°C

Azərbaycanın erməni əsgərlərin cəsədlərini birtərəfli qaydada qaytarmaq barədə müraciətinə Ermənistan laqeyd qalıb

19.10.20 17:22 610
Azərbaycanın erməni əsgərlərin cəsədlərini birtərəfli qaydada qaytarmaq barədə müraciətinə Ermənistan laqeyd qalıb

"Bir daha vurğulamaq istərdim ki, Azərbaycanla Ermənistan arasında cəsədlərin, həmçinin əsirlərin dəyişdirilməsi mexanizmi artıq bir müddətdir, hazırdır və işləkdir”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ADA Universitetində diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə deyib.
H. Hacıyev bildirib ki, xoş məramın nümayişi, həmçinin Moskvada əldə olunmuş müvəqqəti humanitar atəşkəsin ruhuna uyğun olaraq, Azərbaycan tərəfi Ermənistan tərəfinə müraciət edib ki, birtərəfli qaydada erməni əsgərlərinin cəsədlərini təhvil verməyə hazırdır: "Çox təəssüf ki, Ermənistan tərəfi bu müraciətə laqeyd qaldı. Bunun üçün də məsuliyyət Ermənistan tərəfinin, Ermənistan rəhbərliyinin üzərinə düşür. Bütün bu məlumatlar rəsmi kanallar vasitəsilə müvafiq beynəlxalq qurumlara çatdırılacaq”.
banner

Oxşar Xəbərlər