AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi yeni inkişaf mərhələsinə çıxmağa imkan verəcək - Deputat

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi yeni inkişaf mərhələsinə çıxmağa imkan verəcək - Deputat

Cəmiyyət
03 Dekabr 2020, 11:30 159
Azərbaycan 44 günlük müharibə nəticəsində Ermənistan üzərində mütləq qələbəsi ilə regionda yeni bir reallıq yaratdı, yeni bir səhifə açdı. Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
 
Deputat bildirib ki, bu qələbənin ölkəmiz üçün ən mühün tarixi naliyyəti ondan ibarət oldu ki, 30 ilə yaxın müddət ərzində pozulan ərazi bütövlüyümüz və sərhədlərimiz bərpa olundu: "Azərbaycan beynəlxalq təşkilatların 30 ildə çözə bilmədiyi münaqişəni 44 gün ərzində öz gücü hesabına həll etdi. Bununla Azərbaycan həmçinin 27 ildir kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmiş oldu. Bununla da Azərbaycan dünya tarixində beynəlxalq təşkilatın qətnamələrini öz gücü hesabına həyata keçirilən nadir ölkələrdən biri kimi düşdü.
Əlbəttə ki, bu hadisə ölkəmizin həm qlobal, həm də regionaı müstəvidə nüfuzunu və təsir imkanlarını xeyli artırmış oldu. Haqsızlığın baş alıb getdiyi bir dünyada Azərbaycan haqq-ədalətin, qanunun gücünün bariz bir nümunəsini ortaya qoydu. Azərbaycan bütün dünyaya sübut etdi ki, ədalətsizlik, qanunsuzluq mütləq bir gün öz cavabını alır və haqq-ədalət öz yerini tutur”.

Deputat vurğulayıb ki, Azərbaycan və Rusiya prezdentləri və Ermənistan baş naziri tərəfindən 10 noyabrda imzalanmış bəyanatın mühüm bir hissəsi icra olunub və nəzərdə tutulduğu kimi Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana qaytarılıb: "Bəyanatın digər bəndlərinin yerinə yetirilməsi istiqamətində işlər davam etdirilir. Bu bəyanat cənab Prezident, Ali Baş Komandan İlham Əliyev başda olmaqla müzəffər Azərbaycan ordusunun döyüş meydanında göstərdiyi qəhrəmanlıq və peşəkarlıq nəticəsində mümkün oldu. Bu bəyanat müharibənin Azərbaycanın qələbəsini təmin etməklə yanaşı regionun həyatında da yeni bir səhifə açdı.
Artıq regionda yeni reallıq, yeni təhlükəsizlik və əməkdaşlıq formatı yaranıb və bu reallığı öz gücü ilə Azərbaycan yaratdı. Azərbaycan üçün artıq yeni bir dövr başlayır və bu dövr ölkəmizin həm siyasi-diplomatik, həm də iqtisadi sahədə yeni uğurların əldə edilməsi ilə zəngin olacaq bir dövrdür. Azərbaycan qalib, haqq-ədaləti bərpa etmiş, öz ərazisinin işğalına son qoymuş bir ölkə kimi dünyada nüfuzunu möhkəmləndirdi, ölkəmizə olan etimadı daha da artırdı.

İşğaldan azad edilmiş ərazilərimizin zəngin yeraltı və yerüstü sərvətləri, geniş iqtisadi, turizm potensialı ölkəmizin yeni inkişaf mərhələsinə çıxmasını təmin edəcək. Bəyanatda nəzərdə tutulduğu kimi, Naxçıvan ilə Azərbaycanın əsas hissəsi arasında nəqliyyat dəhlizinin yaradılması isə ölkəmiz üçün yeni perspektivlər açacaq, Azərbaycanın daha bir istiqamətdə beynəlxalq nəqliyyat dəhlizinə çevrilməsinə imkan verəcək. Bu isə iqtisadi faydaları ilə yanaşı ölkəmizə böyük siyasi mənfəət də gətirəcək.

Döyüş meydanında əladə edilən qələbə siyasi və iqtisadi müstəvidə qələbəmizi şərtləndirmiş oldu. Bütün bu uğurlar cənab Prezident İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti, dəqiq hesablanmş strategiyası, gərgin əməyi və qəti və prinsipial mövqeyi mümkün oldu”.