• cümə, 29 Mart, 01:58
  • Baku Bakı 7°C

Azərbaycanın ərazi bütövlüyünün bərpası əsas prioritetdir

28.09.20 16:00 404
Azərbaycanın ərazi bütövlüyünün bərpası əsas prioritetdir
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür. Rəsmi Bakı hər zaman qətiyyətlə bəyan edib ki, "status-kvo” vəziyyəti və imitasiya xarakterli danışıqlar sonsuza qədər davam edə bilməz.
Bunu Trend-ə Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Deputat bildirib ki, bu gün münaqişə bölgəsində yaranmış gərginliyin əsas səbəbkarı Ermənistanın istər danışıqlar masasında, istərsə də sərhəddə və təmas xəttində törətdiyi intensiv təxribatlardır:"Ermənistanın müxtəlif vasitələrlə danışıqlar prosesini pozması münaqişənin hərbi yolla həllini aktuallaşdırdı. Bu gün Azərbaycan ordusu düşmənin təxribatlarına cavab olaraq, uğurlu əks-hücum əməliyyatlarını davam etdirir. Hədəfimiz bəllidir - Azərbaycan torpaqları işğaldan azad olunmalı, tarixi ədalət bərpa edilməlidir. Ali Baş Komandanın bəyan etdiyi kimi - Biz bunu elə etməliyik ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun.Biz öz torpağımızda özümüzü sona qədər müdafiə edəcəyik”.
banner

Oxşar Xəbərlər