• cümə axşamı, 28 mart, 15:50
  • Baku Bakı 16°C

“Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün legitim hüququ var”

27.04.16 17:06 3245
“Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün legitim hüququ var”
“İlk dəfə ATƏT-in nümayəndəsi kimi Bakıya gələndə, mənə Dağlıq Qarabağ münaqişəsinin “dondurulmuş” olduğu barədə məlumat verdilər. Azərbaycan prezidenti ilə görüşəndə o, mənə ədalətli və məntiqli sülhə hazır olduğunu dedi”.
APA-nın xəbərinə görə, bunu İspaniyanın sabiq xarici işlər naziri Migel Angel Moratinos BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində “Sosial inteqrasiya sahəsində qabaqcıl metodlar” mövzusunda keçirilən plenar iclasda bildirib.
Keçmiş nazirin sözlərinə görə, Azərbaycandan sonra Ermənistana səfəri zamanı bu məsələni müzakirə edib və qarşı tərəfdə kifayət qədər iradə olmadığını görüb. “Ermənistanda kifayət qədər tərəddüd gördüm. Artıq münaqişənin həll edilməsinin vaxtı çatıb. Azərbaycanın öz ərazi bütövlüyünü qorumaq üçün legitim hüququ var”.
banner

Oxşar Xəbərlər