• cümə axşamı, 28 mart, 21:55
  • Baku Bakı 13°C

Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı Körfəz ölkələrinin adları açıqlanıb

29.03.20 20:22 532
Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı Körfəz ölkələrinin adları açıqlanıb
Yanvar-fevral aylarında Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı Körfəz ölkələri sırasında ilk üçlükdə İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı qərarlaşıb.
AZƏRTACDövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, hesabat dövründə ölkəmizin İranla ticarət dövriyyəsi 60,1 milyon ABŞ dolları, BƏƏ ilə 6,1 milyon dollar, Səudiyyə Ərəbistanı ilə isə 2,7 milyon dollar olub. İran və Birləşmiş Ərəb Əmirlikləri ilə ticarət dövriyyəsi 2019-cu ilin müvafiq dövrünə nisbətən azalıb, Səudiyyə Ərəbistanı ilə artıb.
Bu ölkələr, eyni zamanda, Azərbaycanın ən çox məhsul idxal etdiyi Körfəz ölkələri sırasında da ilk üçlükdədir. İrandan idxalın dəyəri 51,7 milyon dollar, BƏƏ-dən 3,4 milyon dollar, Səudiyyə Ərəbistanından isə 2,3 milyon dollar təşkil edib. Ölkəmiz Səudiyyə Ərəbistanından idxalı artırsa da, İran və BƏƏ-dən idxal azalıb.
banner

Oxşar Xəbərlər