AZE | RUS | ENG |


Azərbaycanın Əməkdar Artisti “Bohema” operasında çıxış edəcək

Azərbaycanın Əməkdar Artisti “Bohema” operasında çıxış edəcək
Azərbaycanın Əməkdar Artisti Dinara Əliyeva iyunun 20-də və 22-də Rusiya Dövlət Akademik Böyük Teatrında Cakomo Puççininin "Bohema” operasında çıxış edəcək.

AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, Dinara Əliyeva səhnə əsərində Miminin partiyasını ifa edəcək.

Xatırladaq ki, həmvətənimiz "Bohema” operasında Myuzetta obrazını da məharətlə yaradıb.

2009-cu ildən Böyük Teatrın solisti olan Dinara Əliyeva İtaliya, Fransa, Yunanıstan, Çexiya, Monte-Karlo, ABŞ və Yaponiyanın opera teatrı səhnələrində və konsert zallarında çıxış edib. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Fransanın Kolmar və Çexiyanın Praqa şəhərlərində "GalaVerdi” adlı solo konsertləri böyük uğurla keçib. Bu il Moskvada Dinara Əliyevanın "Opera Art” İkinci Beynəlxalq Musiqi Festivalı təşkil olunub.

Dinara Əliyeva konsertlərdə müxtəlif janrlarda, rus və Azərbaycan xalq mahnılarından, opera və operettalardakı ariyalardan tutmuş romans və cazadək əsərlər ifa edir.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN