• çərşənbə axşamı, 16 sentyabr, 13:10
  • Baku Bakı 21°C

Azərbaycanın Əfqanıstanda səfirliyi təsis ediləcək

13.01.21 21:30 566
Azərbaycanın Əfqanıstanda səfirliyi təsis ediləcək
Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyi təsis ediləcək.
Kaspi.az-ın məlumatına görə, Prezident İlham Əliyev bu barədə qanunun təsdiqlənməsi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini, sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Xarici İşlər Nazirliyi Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.
banner

Oxşar Xəbərlər