• şənbə, 20 Aprel, 20:41
  • Baku Bakı 24°C

Azərbaycanın daha 3 şəhərində metro tikiləcək

08.05.13 12:20 2187
Azərbaycanın daha 3 şəhərində metro tikiləcək
Bakıətrafı qəsəbələr, Sumqayıt, Naxçıvan və Gəncədə metro inşa olunacaq. «APA-Economics»in məlumatına görə, bu barədə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib.
Onun sözlərinə görə, 2015-ci ilədək işə düşəcək 6 stansiyadan biri - «Dərnəgül» artıq istifadədir: «İki stansiya 2014-cü ilin may ayında, altı stansiya isə 2016-cı ildə təhvil verilməlidir».
T.Əhmədov deyib ki, «Bakı Metropoliteninin 20 illik inkişafının Dövlət Proqramı»nın icrası nəticəsində metropolitenin 2030-cu ildə 76 stansiyası, 109 km yolu olacaq: «Yəni paytaxtımızda hər 900 metrdən bir metro stansiyasının yerləşməsi təmin ediləcək ki, bu da Avropa standartlarına cavab verir. Hazırda «Avtovağzal», «Memar Əcəmi-2», Ceyhun Səlimov küçəsindəki «B-3» stansiyalarında, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin yanında, Heydər Əliyev Sarayının arxasında, «Həzi Aslanov-2» stansiyasında, Köhnə və Təzə Günəşlidə tikinti işləri davam etdirilir».
Azərbaycanda metropolitenin gələcəyinə toxunan T.Əhmədov bildirib ki, rahat və ekoloji cəhətdən təmiz ictimai nəqliyyat növü olan metropolitendən Bakıətrafı qəsəbələrin, Sumqayıtın, hətta Naxçıvan və Gəncə şəhərlərinin sakinlərinin istifadə etməsi üçün zəruri tədbirlərin görülməsi də nəzərdə tutulub.
Qeyd edək ki, hazırda Bakı Metropoliteni sutkada 650 min sərnişin daşıyır, qış aylarında isə bu göstərici 714 minə yaxın olur.
banner

Oxşar Xəbərlər