• şənbə, 20 Aprel, 11:31
  • Baku Bakı 14°C

Azərbaycanın BMT Təhlükəsizlik Şurasında sədrliyi başlayır

30.09.13 09:32 1208
Azərbaycanın BMT Təhlükəsizlik Şurasında sədrliyi başlayır
APA-nın xəbərinə görə, bu, Azərbaycanın BMT TŞ-də ikinci sədrliyidir.
BMT Nizamnaməsinə əsasən TŞ dünyada sülh və təhlükəsizliyin qorunması üçün məsuliyyət daşıyan əsas orqandır. TŞ 5-i daimi (ABŞ, Rusiya, Britaniya, Çin, Fransa) olmaqla 15 üzvdən ibarətdir. 10 müvəqqəti üzv Baş Assambleya tərəfindən 2 illiyə seçilir. Hər ölkə bir ay ərzində qurumda sədrlik edir.
Xatırladaq ki, Azərbaycan 2011-ci ilin oktyabrında ilk dəfə BMT TŞ-nin müvəqqəti üzvü seçilib və ötən ilin mayında TŞ-yə ilk dəfə sədrlik edib.
banner

Oxşar Xəbərlər