• cümə, 19 Aprel, 05:47
  • Baku Bakı 18°C

“Azərbaycanın beynəlxalq arenada qazandığı nüfuzlu mövqedən qürur duyuruq”

24.05.17 18:22 1561
“Azərbaycanın beynəlxalq arenada qazandığı nüfuzlu mövqedən qürur duyuruq”
Türkiyə prezidentiRəcəb Tayyib ƏrdoğanAzərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.

Ərdoğanın məktubunda deyilir:

"Hörmətli cənab prezident, əziz qardaşım. Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizi və Sizin simanızda bütün Azərbaycan xalqını ən səmimi hisslərimlə təbrik edirəm. Qardaş Azərbaycanın müstəqilliyinin bərpasından ötən müddətdə bütün sahələrdə əldə etdiyi uğurları yüksək qiymətləndirərək izləyir, beynəlxalq arenada qazandığı nüfuzlu mövqedən qürur duyuruq. Mən əminəm ki, Sizin qətiyyətli və uzaqgörən rəhbərliyinizlə Azərbaycan gələcəkdə daha mühüm nailiyyətlər qazanacaq.

Ölkələrimiz arasındakı əlaqələrin hər sahədə daha yüksək müttəfiqlik səviyyəsinə yüksəlməsindən məmnunluq duyuruq. Ortaq tarix, mədəniyyət və ənənələrlə sıx şəkildə bir-birinə bağlı olan xalqlarımız arasındakı əməkdaşlığın güclü münasibətlərimiz sayəsində hər sahədə daha da dərinləşərək gələcəkdə də uğurla davam etdiriləcəyinə heç bir şübhəm yoxdur. Fürsətdən istifadə edərək, Zati-aliləri, Sizə - əziz qardaşıma bir daha möhkəm cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına isə əmin–amanlıq və rifah diləyirəm”.
Türkiyənin baş naziri Binəli Yıldırım da Azərbaycan prezidentinə təbrik məktubu göndərib.Təbrikdə deyilir:

"Hörmətli cənab prezident, əziz qardaşım. Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə zati-alinizə və qardaş Azərbaycan xalqına hökumətim adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi yetirirəm.

Türkiyə Azərbaycanın müstəqilliyinə yenidən qovuşduqdan sonra qısa müddət ərzində hər sahədə əldə etdiyi yüksək nailiyyətlərdən və sürətli inkişafdan böyük iftixar hissi keçirir. Azərbaycanın bu nailiyyətlərini daha da artıracağına və regionumuzda parlayan bir ulduz olmağa davam edəcəyinə bütün qəlbimlə inanıram. Türkiyə bu prosesdə qardaş Azərbaycan ilə çiyin-çiyinə addımlamaqda davam edəcək. Qısa müddət ərzində böyük inkişaf yolu keçərək nümunə təşkil edəcək səviyyəyə çatan əlaqələrimizin daha da möhkəmləndirilməsi istiqamətindəki iradəmizi bir daha vurğulamaq istəyirəm.

Fürsətdən istifadə edərək, zati-alinizə bir daha möhkəm cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına isə əmin-amanlıq və rifah diləyirəm”.
banner

Oxşar Xəbərlər