• şənbə, 20 Aprel, 03:21
  • Baku Bakı 15°C

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin iclası keçirilib

04.09.20 13:30 495
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin iclası keçirilib
Milli MəclisinAvropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin iclası keçirilib.
Bu barədə "Report”a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədriSəməd Seyidovməlumat verib.
Onun sözlərinə görə, iclasda AŞPA-nın bu ay keçiriləcək komitə iclaslarının və Daimi komitənin gündəlikləri ətrafında geniş fikir mübadiləsi aparılıb:
"Gələn həftədən etibarən AŞPA-nın bütün komitələrinin iclası keçiriləcək. Sentyabrın 15-də isə Daimi komitənin iclası baş tutacaq. Bu iclas canlı şəkildə keçirilməli idi. Ancaq pandemiya yenə də iclasın keçirilməsi qaydasına dəyişiklik gətirib. Qərara alınıb ki, AŞPA-nın sentyabr iclasları onlayn qaydada keçirilsin. Oktyabr sessiyası ilə bağlı qərar isə hələ qəbul edilməyib. Böyük ehtimallaoktyabr sessiyası onlayn qaydada baş tutacaq və ya tarixi dəyişdiriləcək. Ancaq buna baxmayaraq nümayəndə heyətimiz iclaslara qatılmaqla bağlı bütün hazırlıq mərhələlərindən keçib”.
banner

Oxşar Xəbərlər