• cümə, 29 Mart, 13:11
  • Baku Bakı 14°C

Azərbaycanın "ağıllı şəhər" təcrübəsi Belarusda təqdim olunacaq

03.03.21 13:45 440
Azərbaycanın "ağıllı şəhər" təcrübəsi Belarusda təqdim olunacaq
Ağıllı və dayanıqlı şəhərin yaradılması sahəsində Azərbaycanın praktiki təcrübəsi Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən Belarusun Minsk şəhərində keçiriləcək"Ağıllı davamlı şəhərlər: inkişafın təşkilati və texniki aspektləri"forumunda təqdim olunacaq.
"APA-Economics" BELTA-ya istinadən xəbər verir ki, bu barədə Belarus Rabitə və İnformasiyalaşdırma Nazirliyinin məlumatda deyilir.
Qeyd olunur ki, 16-18 mart tarixində keçiriləcək tədbirdə BTİ, dövlət qurumları, regional icraiyyə komitələri, habelə aparıcı elm və təhsil təşkilatlarının nümayəndələri iştirak edəcəklər.
Azərbaycandan olan natiqlərlə yanaşı, Rusiya və Ukraynadan olan məruzəçilər, həmçinin "Yaşıl Şəhərlər" layihəsinin ("Green Cities Project"), BMT-nin İnkişaf Proqramı və Belarusun aparıcı şirkətlərinin mütəxəssisləri tərəfindən bu mövzuda məruzələr təqdim olunacaq.
Forum müxtəlif ölkələrdən olan aparıcı mütəxəssislərə ən aktual mövzularda "ağıllı şəhər" texnologiyalarının və həll yollarının inkişafı ilə bağlı təcrübə mübadiləsi aparmağa, "ağıllı şəhər"in problemləri və onların həlli yolları barədə ortaq anlayış əldə etməyə imkan verəcək.

banner

Oxşar Xəbərlər