• cümə, 29 Mart, 01:00
  • Baku Bakı 7°C

Azərbaycanın 3 klubu avrokuboklara buraxılmadı

08.05.14 13:50 1538
Azərbaycanın 3 klubu avrokuboklara buraxılmadı
Bu gün AFFA-da Lisenziyalaşdırma Komissiyasının iclası keçirilib.
Apasport.az xəbər verir ki, toplantıda 2014/15 mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün müraciət edən 9 klubun sənədlərinə baxılıb. Belə ki, “Sumqayıt”dan başqa bütün klublar - AZAL, "Bakı", "Qarabağ", "Qəbələ", "İnter", "Xəzər Lənkəran", "Neftci", “Rəvan”, “Simurq”un avrokuboklarda oynamaq istəyini nümayiş etdirib. Komissiya “UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydaları”nın 9-cu maddəsinə əsaslanmış müzakirələrdən sonra yekun qərar verib.
Nəticədə AZAL, "Qarabağ", "Qəbələ", "İnter", "Xəzər Lənkəran", "Neftci"yə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya verilib. "Bakı", “Rəvan” və “Simurq” isə göstərdiyi nəticələrdən asılı olmayaraq qitə miqyaslı turnirlərdə oynaya bilməyəcək. İclasda 2014/15-ci il mövsümündə Premyer Liqa yarışlarında iştirak etmək üçün müraciət edən L divizion təmsilçilərinin sənədləri müzakirə olunub. Bu istəkdə olan 8 klub - "Ağsu", “Araz-Naxçıvan”, “Kəpəz”, "Qaradağ Lökbatan", “Neftçala”, “Sumqayıt”, “Şuşa”, “Turan-T” sənədlərinə ilkin baxışa əsasən qərarlar çıxarılıb.
Bu komandalara 2014/15-ci il mövsümündə Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziyanın verilib-verilməməsi ilə bağlı qərar növbəti iclasadək təxirə salınıb. Buna əlavə sənədlərin araşdırılması tələb olunması səbəb olub. Klublar əlavə araşdırma üçün tələb olunan sənədləri AFFA-nın Lisenziyalaşdırma Qrupuna mayın 14-dək təqdim etməlidir. Müraciətləri araşdıran komissiya ertəsi gün – ayın 15-də yekun qərarını verəcək.
banner

Oxşar Xəbərlər