• çərşənbə axşamı, 16 aprel, 17:20
  • Baku Bakı 19°C

“Azərbaycanı layiqincə təmsil etmək ən böyük hədəfimdir” - Soydaş

19.05.17 11:30 5706
“Azərbaycanı layiqincə təmsil etmək ən böyük hədəfimdir” - Soydaş

Elvina Qurbanova 1999-cu ilin 9 aprelində Bakıda dünyaya gəlib. 8 nömrəli orta ixtisas məktəbində rus bölməsində təhsil alıb. 2016-cı ildə həmin məktəbi bitirən müsahibimizin musiqiyə böyük marağı var. Belə ki, o, 9 il skripka, 7 il isə pianino dərsləri alıb. 6 il bədii gimnastika ilə məşğul olub. 5 il şahmat məktəbinə gedərək ikinci dərəcəyə sahib olub. Eyni zamanda Elvina Qurbanova UNESCO-nun üzvüdür.

Musiqiyə böyük sevgisi olan Elvina hazırda beynəlxalq festivallarda da ölkəmizi təmsil edir. Eyni zamanda, o, ABŞ-ın Kaliforniya ştatında yerləşən "University of Californiya Los Angeles” universitetində "Beynəlxalq əlaqələr” ixtisası üzrə təhsil alır. Azərbaycanlı poliqlot tələbə rus, türk, italyan və ingilis dillərini mükəmməl bilir. İstedadı ilə xarici musiqişünasları heyran qoyan azərbaycanlı skripka ifaçısını siz də yaxından tanıyın.
Paytaxtımızda bir çox konsertlərdə, eləcə də ümummilli lider Heydər Əliyevlə bağlı tədbirlərdə uğurlu çıxışları ilə diqqət çəkən Elvina ötən il Vyanada keçirilən beynəlxalq skripka müsabiqəsində iştirak edib. Elə həmin ildə Polşada Şopen adına Universitetdə konsert proqramında A.Vivaldinin "İlin fəsilləri”ndən "Yaz fəsli”nin birinci, ikinci, üçüncü hissələrini ifa edib.
- Elvina xanım, ilk olaraq istərdik, xaricdəki təhsil istəyinizdən danışasınız. Necə oldu ki, Amerikada təhsil almaq qərarına gəldiniz?
- 2016-cı ildə məktəbi bitirib, sənədlərimi Azərbaycan Diplomatik Akademiyasına (ADA) vermək istəyirdim. Məqsədimə nail olmaq üçün dərslərimi mükəmməl oxuyurdum. Daha sonra düşündüm ki, əgər təhsilimi xaricdə davam etdirsəm, həm xarici təhsil sisteminin təcrübəsini qazanaram, həm də beynəlxalq aləmə çıxışım daha da rahatlaşar. Bunun üçün İELTS proqramına hazırlaşdım. Yetərincə bal topladım. İmtahan verərək ABŞ-ın "University of Californiya Los Angeles” universitetinin "Beynəlxalq əlaqələr” ixtisasına qəbul oldum. Diplomat olmaq arzusunda olsam da, heç zaman musiqiyə olan sevdamnan vaz keçməmişəm. Musiqiyə hər zaman həvəsim olub. Musiqi təhsilimə çox ciddi yanaşmışam. Hətta 11-ci sinifdə imtahanlara hazırlaşanda da musiqini buraxmadım. Məktəbi bitirəndə, mayın 10-da xalq artisti Teymur Göyçayev ilə çıxışım oldu. Konsertim çox uğurlu keçdi. Bu sayaq konsertlərim çox olub. Simfonik orkestrlə saysız konsertlərdə çıxışlar etmişəm.




banner

Oxşar Xəbərlər