• şənbə, 20 Aprel, 17:21
  • Baku Bakı 23°C

Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracında çətinliklərin aradan qaldırılması müzakirə olunub

21.12.20 11:37 357
Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracında çətinliklərin aradan qaldırılması müzakirə olunub
Azərbaycanın шqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov ilə Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracında son vaxtlarda ortaya çıxan bəzi çətinliklərin aradan qaldırılması yollarını müzakirə ediblər.
Nazirlikdən "APA-Economics”ə verilən məlumata görə, görüşdə həmçinin Azərbaycan İnvestisiya Holdinqi ilə əməkdaşlıq perspektivləri, azad edilən ərazilərdə həyata keçiriləcək layihələrdə Rusiya şirkətlərinin iştirakına dair müzakirələr, növbəti Azərbaycan-Rusiya Regionlararası Forumunun təşkili barədə fikir mübadiləsi aparılıb.
Səfir M. Boçarnikov ölkələr arasında siyasi münasibətlərin yüksək səviyyəsini vurğulayıb, iqtisadi tərəfdaşlığın genişləndirilmısi istiqamətləri barədə fikirlərini bölüşüb.
Öz növbəsində, nazir M. Cabbarov Rusiyanın ölkənin əsas ticarət tərəfdaşlarından və qeyri-neft ixracında ilk yerdə olduğunu, kənd təsərrüfatı, sənaye, nəqliyyat-tranzit, investisiya, turizm və s. sahələrdə uğurlu əməkdaşlığı, əlaqələrin inkişafı üçün böyük potensialı qeyd edib.
banner

Oxşar Xəbərlər