• cümə, 19 Aprel, 14:32
  • Baku Bakı 25°C

Azərbaycanda zəlzələ baş verəcək zonaların adı açıqlanıb

15.05.13 14:12 1511
Azərbaycanda zəlzələ baş verəcək zonaların adı açıqlanıb
APA-nın xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin bu gün keçirilən iclasında Geologiya İnstitutunun geodinamika və seysmologiya şöbəsinin müdiri Fəxrəddin Qədirov bildirib ki, Azərbaycan ərazisində 427-ci ildən 2012-ci ilə qədər baş verən zəlzələlər nəticəsində 1-ci, 2-ci və 3-cü dərəcəli təhlükəli zonalar müəyyənləşib.
F. Qədirov deyib ki, Azərbaycan ərazisində Gəncə, Şamaxı, İsmayıllı, Şəki, Abşeron yarımadasının şimal tərəfində 8-9 ballıq zəlzələlər ola bilər. Bu ərazilər Azərbaycanın tarixən seysmik zonalarıdır.
F. Qədirovun sözlərinə görə, araşdırmalar nəticəsində qarşıdakı 50 ildə təhlükəli ola biləcək ərazilər də müəyyənləşib: “Bu siyahıda ilk yerdə Şamaxı, İsmayıllı, Zaqatala, Şəki, Abşeron yarımadasının şimal və cənub tərəfləri, Biləsuvar, Cəlilabad dayanır”.
banner

Oxşar Xəbərlər