• cümə axşamı, 25 aprel, 02:48
  • Baku Bakı 19°C

Azərbaycanda yollar buz bağladı: 10 maşın toqquşdu

30.01.14 15:25 1345
Azərbaycanda yollar buz bağladı: 10 maşın toqquşdu
Qafqazinfo-ya daxil olan məlumata görə, soyuq hava qəzaların sayının artmasına səbəb olub. Bir-birinin ardınca 10 minik maşını zəncirvari olaraq toqquşub.
Bundan əlavə, Moskva-Bakı avtobusu yoldan çıxaraq yol kənarındakı daş divarı yıxıb. Nəticədə bir saatdan çox H.Əliyev prospekti bağlı qalıb.
Belə ki, "VAZ 21011" markalı avtomobil Moskva-Bakı avtobusunun qabağına çıxıb. Avtobus yol kənarındakı divara çırpıldıqdan sonra yararsız hala düşüb. Yol tamamilə bağlandıqdan sonra arxadan gələn yolsuzluq avtomobili "Nissan" markalı avtomobilə çırpılaraq yolun ortasındakı elektrik dirəyinə dəyib.
Ondan sonra "VAZ 2107" markalı avtomobil "VAZ 2101"1 markalı avtomobillə çırpılır. Daha sonra sürətlə gələn "Niva" markalı maşın "Mercedes" markalı avtomobili arxadan vurub. Bu hadisədən sonra "Chevrolet" markalı minik maşını isə qabaqda yolun bağlı olduğunu görərək maşını saxlaya bilməyib və nəticədə yol kənarındakı hasara dəyib. Hadisədən sonra hasarın içəri tərəfindəki işləksiz "VAZ 21099" markalı avtomobilin üzərinə hasar aşıb. Nəticədə avtomobil yararsız hala düşüb. "Chevrolet" markalı avtomobilin sahibi isə aradan çıxıb.
Moskva-Bakı avtobusunun sürücüsü Cəlil Əhmədov qəza ilə bağlı açıqlama verib. O, 3 min km yol gəldikdən sonra Qubada qəza törətdiyini bildirib. Qəza yolun buzlu olması səbəbindən baş verib. Sürücü bildirib ki, Bakıya gedən sərnişinlər digər maşınlarla yola salınıb. Xəsarət alan yoxdur.
Qeyd edək ki, Qubanın H.Əliyev prospekti buz bağladığına görə qəzalar hər an baş verir. Hal-hazırda DYP əməkdaşları sürücüləri ehtiyatlı olmağa çağırır. Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər