• cümə, 29 Mart, 09:18
  • Baku Bakı 5°C

Azərbaycanda yaşıllıqların götürülməsi qaydası dəyişilib

14.11.19 11:15 753
Azərbaycanda yaşıllıqların götürülməsi qaydası dəyişilib
Nazirlər Kabineti (NK) "Yaşıllıqların götürülməsi Qaydası”nda dəyişiklik edib.
Trend-in məlumatına görə, qaydaların indiyədək mövcud olan variantına görə, yaşıllıqların götürülməsinə yol verilən hallardan biri şəhərsalma və ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərində nəzərdə tutulan, dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihələrin həyata keçirilməsi idi.
NK-nın yeni qərarı ilə həmin maddə yeni variantda verilib.
Bu varianta əsasən, "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə yaşıllıqların götürülməsinə yol verilir.
banner

Oxşar Xəbərlər