• cümə, 29 Mart, 09:59
  • Baku Bakı 5°C

Azərbaycanda vişinq hücumları yayılmağa başlayıb

19.04.21 11:15 589
Azərbaycanda vişinq hücumları yayılmağa başlayıb
Fişinq hücumun səsli versiyası olan vişinq hücumları Azərbaycanda yeni yayılmağa başlayıb.
Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, vətəndaşlara gələn telefon zənglərinə cavab olaraq heç bir şifrə, kart nömrəsi və sair kimi fərdi məlumatların kənar şəxslərə ötürülməməsi üçün diqqətli olmaları tövsiyə edilir.
Müvafiq hallarla qarşılaşdıqda hüquq mühafizə orqanlarına məlumat vermək tövsiyə olunur.
Qeyd edək ki, vişinq dələduzluq üsullardan biridir. Onun vasitəsilə dələduzlar bank kartı sahibləri ilə telefon əlaqəsi quraraq müxtəlif bəhanələrlə fərdi məlumatları ələ keçirirlər.
banner

Oxşar Xəbərlər