• cümə, 29 Mart, 09:24
  • Baku Bakı 5°C

Azərbaycanda uşaqlar arasında virus infeksiyası yayılıb - Xəbərdarlıq

11.10.13 11:14 2320
Azərbaycanda uşaqlar arasında virus infeksiyası yayılıb - Xəbərdarlıq
Sentyabr-oktyabr aylarında Azərbaycanda havaların qəfildən dəyişməsi nəticəsində uşaqlar arasında soyuqdəymə xəstəlikləri və virus-infeksiyası yayılıb.
Bu barədə APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev deyib. O bildirib ki, sentyabrın 15-20-dən sonra havaların soyuması, həmçinin məktəblərin və bağçaların işə başlaması nəticəsində soyuqdəymə xəstəlikləri, virus-infeksiya çoxalmağa başlayıb. N.Quliyevin sözlərinə görə, kütləvi xəstələnmə olmasa da, uşaqlar arasında xəstəliyin yayılmasının pik səviyyəsi bir neçə gün davam edib: “Sentyabrın 15-dən sonra havalar qəfildən soyumağa başlayanda valideynlər uşaqları normal geyindirmədilər, məktəblər başlandığından uşaqlar müəyyən kollektivlərdə cəmləndi. Kollektivlərdə isə bir uşaq xəstələnən kimi digərlərini də asanlıqla bu virusa yoluxdururdu. Hazırda xəstələnmənin pik səviyyəsi artıq ötmək üzrədir. Son 2-3 gündə bu xəstəliklərin müşahidə edilməsində azalma var”.
banner

Oxşar Xəbərlər