• cümə, 29 Mart, 00:11
  • Baku Bakı 7°C

Azərbaycanda unun qiyməti qalxmayıb

03.04.14 14:38 1208
Azərbaycanda unun qiyməti qalxmayıb
Azərbaycanda unun qiymətinin artması ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil.
Bunu “APA-Economics”ə açıqlamasında İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib.
Ölkənin ən böyük un istehsalçılarından olan “Karmen” MMC-dən də “APA-Economics”ə bildirdilər ki, sözügedən məhsulun qiymətində heç bir dəyişiklik yoxdur.
Azərbaycana xaricdən gətirilən tütün məmulatlarının qiymətində isə müəyyən artım müşahidə olunub. Bu barədə “APA-Economics”ə “European Tobacco Baku” şirkətindən məlumat verilib.
Şirkət rəsmisinin sözlərinə görə, qiymət artımı yalnız idxal olunan məhsullara toxunub: “Ölkədə istehsal olunan siqaretlərdə qiymət artımı yoxdur. Lakin xaricdən, xüsusilə Rusiyadan gətirilən məhsulların qiymətində artım müşahidə olunur”.
“APA-Economics”in araşdırmasına görə, qiymət artımına səbəb dünya bazarında tütünün qiymətinin qalxması olub.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev isə bildirib ki, qurum tütün məmulatlarının qiymətində artım qeydə almayıb.
banner

Oxşar Xəbərlər