AZE | RUS | ENG |


Azərbaycanda Turizm Festivalının keçiriləcəyi tarix məlum olub

Azərbaycanda Turizm Festivalının keçiriləcəyi tarix məlum olub
"Birinci Turizm Festivalı aprelin 10-dan mayın 10-dək keçiriləcək".
 
APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziriƏbülfəs Qarayev Turizm Şurasının iclasında deyib.
 
Nazir qeyd edib ki, həmin ərəfədə Azərbaycanda bir sıra beynəlxalq tədbirlərin keçiriləcəyini nəzərə alsaq, bu festivala xarici turistlərin marağı daha yüksək olacaq: "Ticarət festivalları davamlı olaraq keçiriləcək. Növbəti festivalın oktyabr ayında təşkil edilməsi nəzərdə tutulur”. 
 
Nazir turizm sektorunun inkişafı istiqamətində düzgün koordinasiyanın qurulması məqsədilə Turizm Şurasının katibliyinin təklif etdiyi bir neçə istiqamət üzrə işçi qruplarının yaradılacağını deyib: "Turizm bir sıra dövlət qurumlarının fəaliyyətindən asılıdır. Turizm Şurasında da bu dövlət qurumları təmsil olunur və bundan sonra da əsas işimiz əlaqədar dövlət strukturları ilə birgə çalışaraq, qarşıya çıxan çətinlikləri həll edərək, ölkəmizdə turizmin daha da inkişafına nail olacağıq. Turizm Şurasının yaradılmasında əsas məqsəd Azərbaycanda turizm sahəsində mövcud vəziyyətin təhlil edilməsi, bu sahədə olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsidir”.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6957
GBP 1 İngilis funt sterlinqi 2.1978
TRY 1 Türk lirəsi 0.4774
KWD 1 Küveyt dinarı 5.5930
SEK 1 İsveç kronu 0.1926
EUR 1 Avro 1.8495
CHF 1 İsveçrə frankı 1.7116
USD 1 ABŞ dolları 1.7025