AZE | RUS | ENG |


Azərbaycanda tikintiyə dair vahid informasiya təminatını təşkil edəcək orqan müəyyənləşib

Azərbaycanda tikintiyə dair vahid informasiya təminatını təşkil edəcək orqan müəyyənləşib
Azərbaycanda tikintiyə dair vahid informasiya təminatını təşkil edəcək orqan müəyyənləşib.
 
APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” 11 yanvar 2016-cı il tarixli fərmanında əksini tapıb.
 
Dəyişikliyə əsasən respublika üzrə şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemini təşkil etmək və onun işini təmin etmək Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin vəzifələri sırasına daxil edilib.
 
Müvafiq olaraq  dövlət başçısı "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərman da imzalayıb. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli fərmana əsasən Nazirlər Kabineti şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin təşkili və fəaliyyəti qaydasını, eləcə də sistemə daxil edilən məlumatların tərkibini, həmin məlumatların təqdim edilməsi və işlənilməsi qaydalarını müəyyən etməli və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli idi. Dəyişikliyə əsasən Nazirlər Kabineti şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin təşkili və fəaliyyəti qaydasını, eləcə də sistemə daxil edilən məlumatların tərkibini, həmin məlumatların təqdim edilməsi və işlənilməsi qaydalarını artıq birbaşa deyil, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq müəyyən etməlidir. 










Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6957
GBP 1 İngilis funt sterlinqi 2.1978
TRY 1 Türk lirəsi 0.4774
KWD 1 Küveyt dinarı 5.5930
SEK 1 İsveç kronu 0.1926
EUR 1 Avro 1.8495
CHF 1 İsveçrə frankı 1.7116
USD 1 ABŞ dolları 1.7025