AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycanda taxıl zəmilərinin 35,9 faizində biçin başa çatıb

Azərbaycanda taxıl zəmilərinin 35,9 faizində biçin başa çatıb

İqtisadiyyat
20 İyun 2020, 18:37 313
Azərbaycanda taxıl sahələrinin 35,9 faizində biçin başa çatıb. İyunun 20-nə olan operativ məlumata görə, biçin başa çatmış 362716,6 ha sahədən 1126943 ton məhsul yığılıb.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, hazırda taxıl üzrə orta məhsuldarlıq 31,1 sentner, o cümlədən arpa üzrə 30,3, buğda üzrə 32,9 sentner təşkil edir.

Respublikada arpa sahələrinin 2/3 hissəsində biçin prosesi yekunlaşıb. Ölkə üzrə 369303,7 hektar arpa sahəsindən 258161,1 hektarı biçilib. Sahələrdən 783092,1 ton məhsul yığılıb. Bu il ölkədə 640 min hektardan artıq sahədə buğda əkini aparılıb. İyunun 20-dək 104555 hektar buğda sahəsi biçilib, sahələrdən 343850,9 ton məhsul yığılıb.

Biçin prosesi davam edir.