AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycanda sosial sahibkarların onlayn beynəlxalq forumu keçiriləcək

Azərbaycanda sosial sahibkarların onlayn beynəlxalq forumu keçiriləcək

İqtisadiyyat
25 Oktyabr 2020, 15:15 196
Təhsil və sosial sahibkarlıq sahəsində ixtisaslaşan "Education HUB”ın təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı ilə oktyabrın 28-də Azərbaycanda ilk dəfə sosial sahibkarların beynəlxalq forumu (onlayn) keçiriləcək.
 
AZƏRTAC xəbər verir ki, tədbirin məqsədi sosial sahibkarlığın innovativ vasitə olduğunun diqqətə çatdırması və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsidir.
Onlayn tədbirdə iştirakçılar Azərbaycan, Almaniya, ABŞ, Bosniya və Herseqovina, Ukrayna, Gürcüstan və s. ölkələrin sosial sahibkarlıq təcrübəsi, bu sahədə qanunvericilik ilə tanış olacaq, həmin ölkələrdən olan sosial sahibkarların uğur hekayələrini dinləyəcəklər. Eyni zamanda, forumda davamlı inkişaf üçün sektorlararası əməkdaşlıq imkanları müzakirə olunacaq.
 
Tədbir gənclər arasında sosial dəyər və sosial sahibkarlıq düşüncə tərzinin formalaşmasına, onların öz sosial bizneslərinin yaradılmasına və yeni innovativ həllər gətirməsinə dəstək olacaq.
 
Forumun texniki dəstəkçisi Avropa İttifaqının Mülki Təsisat proqramıdır.