• cümə, 29 Mart, 14:25
  • Baku Bakı 14°C

Azərbaycanda son sutkada koronavirusdan 34 nəfər ölüb

05.04.21 16:30 1314
Azərbaycanda son sutkada koronavirusdan 34 nəfər ölüb
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1099 yeni yoluxma faktı qeydə alınıb, 647 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Kaspi.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 271 834 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 242 293 nəfər müalicə olunaraq sağalıb, 3 711 nəfər vəfat edib, aktiv xəstə sayı 25 830 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 763, ötən müddət ərzində isə ümumilikdə 2 935 718 test aparılıb.
banner

Oxşar Xəbərlər