AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycanda son sutkada 770 nəfər COVID-19-dan sağalıb

Azərbaycanda son sutkada 770 nəfər COVID-19-dan sağalıb

Təfsilat
21 Yanvar 2021, 17:30 237
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 218 yeni yoluxma faktı qeydə alınıb, 770 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Kaspi.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 228 246 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 218 387 nəfər müalicə olunaraq sağalıb, 3 053 nəfər vəfat edib, aktiv xəstə sayı 6 806 nəfərdir.

Ölkədə son sutka ərzində 5309, hazırkı dövrədək isə 2341807 test aparılıb.