• çərşənbə, 24 Aprel, 17:39
  • Baku Bakı 27°C

Azərbaycanda son sutkada 673 nəfər COVID-19-dan sağalıb, 339 nəfər yoluxub, 3 nəfər vəfat edib

30.07.20 17:10 662
Azərbaycanda son sutkada 673 nəfər COVID-19-dan sağalıb, 339 nəfər yoluxub, 3 nəfər vəfat edib
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 339 yeni yoluxma faktı qeydə alınıb, 673 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ QərargahdanAPA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 31 560 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 25 168 nəfər müalicə olunaraq sağalıb, 441 nəfər vəfat edib, aktiv xəstə sayı 5 951 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 532, ötən müddət ərzində isə ümumilikdə 717 164 test aparılıb.
banner

Oxşar Xəbərlər