• cümə, 29 Mart, 19:01
  • Baku Bakı 14°C

Azərbaycanda son sutkada 277 nəfər COVID-19-a yoluxub, 64 nəfər sağalıb, 3 nəfər vəfat edib

13.10.20 16:17 726
Azərbaycanda son sutkada 277 nəfər COVID-19-a yoluxub, 64 nəfər sağalıb, 3 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 277 yeni yoluxma faktı qeydə alınıb, 64 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ QərargahdanAPA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 42 381 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 39 468 nəfər müalicə olunaraq sağalıb, 612 nəfər vəfat edib, aktiv xəstə sayı 2 301 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 865, ötən müddət ərzində isə ümumilikdə 1 187 136test aparılıb.
banner

Oxşar Xəbərlər