• şənbə, 20 Aprel, 11:55
  • Baku Bakı 14°C

Azərbaycanda sənayedə işləyənlərin orta aylıq əmək haqqı 16% artıb

15.08.16 10:09 1092
Azərbaycanda sənayedə işləyənlərin orta aylıq əmək haqqı 16% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda sənayedə çalışan muzdlu işçilərin orta siyahı sayı 190,5 min nəfər təşkil edib.

Dövlət Statistika Komitəsindən "APA-Economics”ə verilən məlumata görə, onların 34,0 min nəfəri mədənçıxarma, 100,3 min nəfəri emal, 26,8 min nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 29,4 min nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində çalışıb.

Yanvar-iyun aylarında sənayedə işləyənlərin orta aylıq əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,0% artaraq 888,8 manata çatıb. Əmək haqqı mədənçıxarma sənayesində 33,9%, emal sənayesində 5,4% artıb, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1,0%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 3,9% azalıb.

Mədənçıxarma sənayesində artımın əsas səbəbi xarici investisiyalı müəssisələrdə çalışan əcnəbi işçilərə verilən əmək haqlarının devalvasiya ilə əlaqədar milli valyuta ekvivalentində artmasıdır.
banner

Oxşar Xəbərlər