• cümə, 19 Aprel, 03:23
  • Baku Bakı 18°C

Azərbaycanda satmaq öhdəliyi ilə kirayə mənzillərin siyahısı genişləndirilib

16.12.20 13:00 407
Azərbaycanda satmaq öhdəliyi ilə kirayə mənzillərin siyahısı genişləndirilib
İpoteka və Kredit Zəmanət Fondu (İKZF) satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə mənzillərin rəsmiləşdirilməsi və təhvil prosesini davam etdirir.
Fondan "APA-Economics”ə verilən məlumata görə, ötən müddət ərzində İKZF-nin razılıq barədə qərarını əldə edən 397 vətəndaş artıq mənzil seçimini edib və onlardan 381-i ilə satmaq öhdəliyi ilə kirayə müqaviləsinin rəsmiləşdirilməsi başa çatıb.
Qeyd edək ki, hazırda Fondun balansında Bakı, Sumqayıt və Xırdalan şəhərləri üzrə 8 fərqli ünvanda vətəndaşların mənzil ehtiyaclarına uyğun 1, 2, 3 və 4 otaqlı kirayə mənzillər mövcuddur. Vətəndaşların tələbi nəzərə alınaraq Fond tərəfindən Sumqayıt şəhərində satmaq öhdəliyi ilə kirayə təklif edilən yaşayış sahələrinin siyahısı bir qədər də genişləndirilib. Belə ki, Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən "Bağça Şəhər” yaşayış kompleksi üzrə siyahıya əlavə 80 mənzil daxil edilib. Vətəndaşlar həmin yaşayış kompleksi üzrə təklif olunan mənzillərləbu keçidvasitəsilə tanış ola bilərlər.
Bir daha bildiririk ki, Fond tərəfindən satmaq öhdəliyi ilə kirayə təklif edilən mənzillər vətəndaşların istirahəti üçün geniş həyətyanı sahəyə malik, əsas infrastruktur obyektlərə yaxın komplekslərdən ibarətdir. Komplekslərdə yerləşən bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə olunmaqla yüksək səviyyədə təmir olunaraq kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz olunub, mülkiyyət hüquqları isə dövlət qeydiyyatına alınıb.
Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.gov.az), habelə "1549” Çağrı Mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiştəlimatlatanış olmaqla əldə etmək mümkündür.
Eyni zamanda, vətəndaşlarFond tərəfindən satmaq öhdəliyi ilə kirayəyə verilməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlarlabu keçidvasitəsilə tanış ola bilərlər.

banner

Oxşar Xəbərlər