• şənbə, 27 Aprel, 06:53
  • Baku Bakı 12°C

Azərbaycanda "Rəşadət” ordeni təsis edilib

17.11.17 15:50 2945
Azərbaycanda "Rəşadət” ordeni təsis edilib
Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycansilahlı qüvvələri üçün yeni "Rəşadət” ordeni təsis edilməsi ilə bağlı layihə müzakirə olunub.

APA-nın məlumatına görə, ordenin təsdiq olunması ilə bağlı layihə prezidentİlham ƏliyevtərəfindənMilli Məclisə təqdim olunub.

Layihəyə görə, "Rəşadət” ordeni Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçulara aşağıdakı xidmətlərinə görə təqdim olunacaq:

- Əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatları zamanı hərbi hissə və birləşmələrə yüksək peşəkarlıqla rəhbərlik etdiklərinə görə;
- Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə görə;
- Fövqəladə hallarda və ya ekstremal şəraitdə insanların xilas edilməsində xüsusi xidmətlərinə görə;
- Dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə və s.

Layihədə bildirilir ki, "Rəşadət” ordeninin 3 dərəcəsi var. 1-ci dərəcəli "Rəşadət” ordeni ən yüksək dərəcədir. Layihə səsə qoyularaq qəbul olunub.
banner

Oxşar Xəbərlər