AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycanda qadağan edilmiş duzun satışı davam edir

Azərbaycanda qadağan edilmiş duzun satışı davam edir

İqtisadiyyat
04 Fevral 2013, 13:55 1428
İstehsalı, idxalı və satışı qanunla qadağan edilən duzun Bakıda və regionlarda satışı və istehsalatda istifadəsi davam edir. Trend-in məlumatına görə, bu barədə Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Trend BİA-da keçirdiyi mətbuat konfransında deyib.

"Ölkədə əhaliyə yodlaşdırılmayan duzun satışı davam edir. Yod çatışmazlığına görə yaranan xəstəliklər geniş yayılıb, bu xəstəliklər əqli çatışmazlığa, zob və digər mənfi fəsadlara səbəb ola bilər" , - Hüseynov qeyd edib.

AİB bazar və istehsal müəssisələrində mütəmadi monitorinqlər aparır.