• şənbə, 20 Aprel, 10:06
  • Baku Bakı 14°C

Azərbaycanda növbədənkənar parlament seçkilərində 934 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

11.01.20 20:40 539
Azərbaycanda növbədənkənar parlament seçkilərində 934 nəfərin deputatlığa namizədliyi qeydə alınıb
Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2431 namizəd müraciət edib.
Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
M.Pənahov bildirib ki, həmin şəxslərin 2354 nəfərinin namizədliyi təsdiq olunub. Onlardan 2247 nəfəri isə imza vərəqələrini götürüb. 1764 nəfəri imza vərəqələrini dolduraraq geri qaytarıb və onlardan 934 nəfər qeydə alınıb.
banner

Oxşar Xəbərlər