• şənbə, 20 Aprel, 02:28
  • Baku Bakı 15°C

Azərbaycanda nikahdankənar uşaqların sayı azalıb

22.10.16 10:22 1069
Azərbaycanda nikahdankənar uşaqların sayı azalıb
Azərbaycanda 2015-ci ildə qeyri-rəsmi nikahdan doğulan uşaqların sayı 2014-cü ilə nisbətən 5,7 faiz azalıb.
Trend-in statistik göstəricilərə istinadən verdiyi məlumata görə, 2014-cü ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən 25486 uşaq doğulub. Bu, həmin ildə diri doğulan bütün uşaqların 14,9 faizini təşkil edib. 2015-ci ildə isə bu tip nikahlardan 24038 uşaq doğulub ki, bu da bütün diri doğulan uşaqların 14,5 faizini təşkil edib.
1990-cı illərdə nikahdankənar uşaqların sayı şəhərlərdə üstünlük təşkil edirdisə, 2003-cü ildən etibarən bu göstərici kəndlərdə artıb.
banner

Oxşar Xəbərlər