• çərşənbə axşamı, 19 mart, 09:15
  • Baku Bakı 8°C

Azərbaycanda neft-qaz layihələrində işləyən azərbaycanlıların sayı 95%-ə çatacaq

22.06.17 13:20 1579
Azərbaycanda neft-qaz layihələrində işləyən azərbaycanlıların sayı 95%-ə çatacaq
2013-cü il noyabrın 14-də Dövlət Miqrasiya Xidmətinin (DMX) iştirakı ilə imzalanmış "BP Exploration Caspian Sea LTD" şirkəti və SOCAR arasında milliləşdirmə sahəsində əməkdaşlığa dair protokol"a əsasən neft-qaz layihələrində əcnəbi işçi heyətin mərhələlərlə milli kadrlarla əvəzlənməsi qərara alınıb.
DMX-dan "APA-Economics"ə verilən məlumata görə, milliləşdirmə siyasəti ilə bağlı əldə olunan nəticələrə dair BP və SOCAR nümayəndələrinin təqdimatla çıxış etdiyi görüşdə bu sahədə əldə olunan uğurlar diqqətə çatdırılıb.
Dövlət Xidmətinin rəisiFirudin Nəbiyevbildirib ki, prezidentİlham Əliyevöz çıxışlarında dəfələrlə vurğulayıb ki, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Daxili əmək bazarının qorunması kimi mühüm missiyanı yerinə yetirən DMX əcnəbi işçi qüvvəsindən istifadənin qanunamüvafiq olaraq tənzimlənməsi istiqamətində ardıcıl tədbirləri müvəffəqiyyətlə davam etdirir. Xidmət dövlətin başçısının qarşıya qoyduğu məqsədə uyğun olaraq, Azərbaycanın inkişafından, ilk növbədə, ölkə vətəndaşlarının bəhrələnməsinin təmin olunması üçün əcnəbilərin haqqı ödənilən əmək fəaliyyətinə yalnız müəyyən edilmiş kvota çərçivəsində cəlb edilməsinə dövlət nəzarətini uğurla həyata keçirir. DMX milli əmək bazarında ixtisassız əcnəbi kadrların iştirakının qarşısının alınması və yerli əmək ehtiyatlarından səmərəli istifadənin təmin olunması məqsədilə əmək miqrasiyası kvotasının sərtləşdirilməsinə və ölkədə innovativ, rəqabətədavamlı iqtisadiyyatın formalaşdırılması tələblərinə uyğun olaraq yüksək ixtisaslı əcnəbi işçilərin cəlb olunması mexanizminin yaradılmasına dair müvafiq tədbirlər görməkdədir.
F. Nəbiyev onu da diqqətə çatdırıb ki, daxili əmək bazarının vəziyyəti, işçi qüvvəsinə tələbat, iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ixtisasa malik olan Azərbaycan vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğu, məşğulluq xidməti orqanlarının, işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanı, habelə yüksək ixtisaslı əcnəbi mütəxəssislərin cəlb edilməsi zəruriliyi nəzərə alınmaqlaNazirlər Kabinetitərəfindən təsdiq edilmiş "Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”na görə işəgötürənlər hər il may ayının 1-dək Dövlət Miqrasiya Xidmətinə növbəti il üçün Məşğulluq Təsnifatı üzrə peşələr göstərilməklə əcnəbi işçi qüvvəsinə tələbat haqqında proqnoz-məlumat təqdim etməlidirlər.
SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun, BP Azərbaycan şirkətinin insan resursları üzrə vitse-prezidenti Leyla Novruzovanın və xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylinin iştirak etdiyi görüşdə vurğulanıb ki, neft-qaz layihələrində əcnəbi işçi heyətin mərhələlərlə milli kadrlarla əvəzlənməsi məsələlərinə artıq bir neçə ildir ki, DMX tərəfindən ciddi nəzarət olunur. Çünki, "BP Eksploreyşn (Kaspian Si) Ltd” şirkəti və SOCAR arasında milliləşdirmə sahəsində əməkdaşlığa dair protokol”da bu sahəyə nəzarətin gücləndirilməsi prioritet olaraq müəyyən olunub. 2014-2018-ci illəri əhatə edən plana uyğun olaraq, milliləşdirmə siyasəti nəticəsində neft-qaz layihələrində işləyən Azərbaycan vətəndaşlarının sayının 78%-dən 90%-dək yüksəldilməsinə nail olunub. 2018-ci ilə bu sahədə milli kadrların 95% təşkil etməsi hədəf olaraq müəyyənləşdirilib.
Xidmət rəisi qanunvericilik çərçivəsində BP şirkətinə mümkün dəstəyin verildiyini və gələcəkdə bu şirkətdə çalışan Azərbaycan vətəndaşlarının sayının artırılması işinin illik plana uyğun olaraq davam etdirilməsinə dair prosesə bundan sonra da diqqət ayrılmasının zəruriliyini qeyd edib. F. Nəbiyev deyib ki, qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi, işgüzar təmaslar yaranan texniki problemlərin birgə həllinə öz töhfəsini verməkdədir.
banner

Oxşar Xəbərlər