Azərbaycanda müstəqillik illərində 700 mln. ton neft hasil olunub
"Azərbaycan müstəqilliyini əldə edəndən bu günə qədər 700 mln. ton neft hasil olunub".
"APA-Economics" xəbər verir ki, bunu "Azneft" İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərov bildirib.
Onun sözlərinə görə, hasil edilən neftin 460 mln. tonu Azəri-Çıraq-Günəşli yatağının, qalan hissəsi isə digər yataqların payına düşüb.
D. İskəndərov onu da qeyd edib ki, 1 milyardıncı ton neft 1971-ci ildə hasil olunub.