• cümə, 29 Mart, 14:06
  • Baku Bakı 14°C

Azərbaycanda MDB dövlətlərinin rəhbər şəxslərinin iclası keçiriləcək

02.12.14 19:08 947
Azərbaycanda MDB dövlətlərinin rəhbər şəxslərinin iclası keçiriləcək
Dekabrın 4-ü 2014-cü il tarixində Bakı şəhərində Müstəqil Dövlətlər Birliyinin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının üzv dövlətlərinin rəhbər şəxslərinin iclası keçiriləcək. İclasda Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə yanaşı, Belorus Respublikası Standartlaşdırma üzrə Dövlət Komitəsi, Rusiya Federasiyası Texniki Tənzimləmə və Metrologiya üzrə Federal Agentliyi, Özbəkistan Respublikası Standartlaşdırma, Metrologiya vı Sertifikatlaşdırma Agentliyi, Qazaxıstan Respublikasının İnvestisiyalar və İnkişaf Nazirliyinin Texniki Tənzimləmə və Metrologiya Komitəsi, Ukrayna Respublikasının “Ukrmetrteststandart” Dövlət Müəssisəsi, Qırğızıstan Respublikası İqtisadiyyat Nazirliyi nəzdində Standartlaşdırma və Metrologiya üzrə Mərkəz, Tacikistan Respublikası Standartlaşdırma, Metrologiya, Sertifikatlaşdırma və Ticarət İnspeksiyası Agentliyinin, həmçinin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın Katibliyinin rəhbər şəxsləri və digərləri iştirak edəcəkdir. Komitədən “Kaspi”yə bildirilib ki, iclasda Dövlətlərarası Şuranın 2020-ci ilə qədər inkişaf strategiyası, Müstəqil Dövlətlər Birliyinin iqtisadi inkişaf strategiyası üzrə görüləcək işlər Planının, 2013-2015-ci illər üzrə dövlətlərarası standartlaşdırma üzrə işlər Planının aktuallaşdırılması və reallaşdırılması, keçmiş SSRİ zamanı tətbiq edilən hərbi standartların yenidən baxılması, aktuallaşdırılması və müvafiq təşkilati məsələlər üzrə fikir mübadiləsinin aparılması nəzərdə tutulur.
Kaspi.az
banner

Oxşar Xəbərlər