• cümə, 29 Mart, 10:05
  • Baku Bakı 5°C

Azərbaycanda koronavirusla mübarizə sahəsində çox uğurlu işlər aparılır

31.07.20 20:15 440
Azərbaycanda koronavirusla mübarizə sahəsində çox uğurlu işlər aparılır
Virusun yayılmasının necə davam edəcəyini proqnozlaşdırmaq çox çətindir. Biz bu günə aid olan statistikaları ancaq qeyd edə bilərik. Bu gün yoluxma sayı stabildir.
Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, dinamikaya uyğun olaraq gələcəkdə hansı qərarların veriləcəyini demək tezdir. Hazırda bu istiqamətdə müzakirələr aparılır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı isə bildirib ki, Azərbaycanda koronavirusla mübarizə sahəsində çox uğurlu işlər aparılır, tez bir zamanda onlayn sistemin yaradılması alqışlanmalıdır: "Xüsusən də "E-təbib" və "E-səhiyyə" sistemlərinin qısa zamanda yaradılması və bunun bölgələr üzrə də tətbiq olunması təqdirəlayiqdir. Azərbaycan bütün bunları qısa bir zamanda həyata keçirdi. İndi əsas məsələlərdən biri də bu sistemlər vasitəsilə toplanan məlumatların istifadə olunmasıdır. Bununla bərabər, Azərbaycanda qısa zamanda çarpayı sayı artırıldı, modul tipli xəstəxanalar quruldu, klinika istifadəyə verildi. Bunlarla bərabər laboratoriya sayı da artırıldı. Bütün bu işlər Azərbaycan dövlətinin pandemiya ilə uğurlu mübarizəsinin nəticəsidir".
banner

Oxşar Xəbərlər