AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycanda koronavirusdan iki nəfər vəfat edib - Operativ Qərargah

Azərbaycanda koronavirusdan iki nəfər vəfat edib - Operativ Qərargah

Cəmiyyət
05 Aprel 2020, 19:28 274
Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına yoluxmuş iki şəxs vəfat edib.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata əsasən, 1931-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı şəkərli diabet xəstəsi olub, 1956-cı il təvəllüdlü digər vətəndaşın anamnezində isə ürəyin işemik xəstəliyi, arterial hipertenziya və şəkərli diabet xəstəliyi olduğu qeyd edilib.
Onlardan COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.
 
Xəstələrin səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib. Hazırda onların ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.