• çərşənbə axşamı, 19 mart, 06:11
  • Baku Bakı 8°C

Azərbaycanda koronavirusa yoluxmuş şagird və təhsil işçilərinin sayı açıqlanıb

22.01.21 13:10 365
Azərbaycanda koronavirusa yoluxmuş şagird və təhsil işçilərinin sayı açıqlanıb
"İndiyədək virusa yoluxan şagirdlərin sayı 14758, təhsil işçilərinin sayı 7090 nəfərdir”.
APA-nın məlumatına görə, bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinqdə Təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib.
O bildirib ki, sentyabrdan indiyə qədər ibtidai siniflərdə 2246 şagird koronavirusa yoluxub. 5-9 siniflərdə 4411 nəfər, 10-11-ci siniflərdə isə 7525 nəfərdə koronavirus aşkarlanıb. Virus aşkarlanmış şagird məktəbdə olubsa, onun sinfi distant təhsilə keçib.

banner

Oxşar Xəbərlər