• cümə axşamı, 25 aprel, 09:28
  • Baku Bakı 14°C

Azərbaycanda koronavirusa 33 yeni yoluxma qeydə alınıb, 23 nəfər sağalıb, bir nəfər vəfat edib

27.04.20 16:11 647
Azərbaycanda koronavirusa 33 yeni yoluxma qeydə alınıb, 23 nəfər sağalıb, bir nəfər vəfat edib
Azərbaycan Respublikasında koronavirus infeksiyasına 33 yeni yoluxma faktı qeydə alınıb, 23 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ QərargahdanAPA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1960-cı il təvəllüdlü vətəndaş vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 1678 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1162 nəfər müalicə olunaraq sağalıb, 22 nəfər vəfat edib, 494 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 128.807 test aparılıb.
banner

Oxşar Xəbərlər