• çərşənbə axşamı, 23 aprel, 23:52
  • Baku Bakı 20°C

Azərbaycanda keyfiyyətli kommunal xidmətlər rəqabətli qiymətlərlə təklif ediləcək

10.12.16 18:36 1000
Azərbaycanda keyfiyyətli kommunal xidmətlər rəqabətli qiymətlərlə təklif ediləcək
"Müasir kommunikasiya imkanlarından istifadə etməklə sürətli genişzolaqlı şəbəkə vasitəsilə elektron xidmətlərin (e–təhsil, e–səhiyyə, e–bankçılıq, e–ticarət və s.) əhatə dairəsi genişləndiriləcək”.
"APA-Economics" xəbər verir ki, bu barədə məlumat Azərbaycanın milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsində yer alıb.
Sənəddə qeyd olunub ki, xüsusilə dövlət idarəetməsində rəqəmsallaşdırma biznes üçün şəffaf, hesabatlı, səmərəli və proqnozlaşdırıla bilən perspektivlər yaradacaq. Sənəd müəllifləri bildirib ki, rlektron xidmətlərin tətbiq dairəsinin genişləndirilməsi Azərbaycanda biznesin beynəlmiləlləşdirilməsi üçün zəmin olacaq.
"2025-ci il perspektivində özəl sektorun infrastruktur quruculuğunda daha yaxından iştirakı təmin ediləcək ki, bu da iqtisadi səmərəliliyin artmasına gətirib çıxaracaq. Bundan əlavə, keyfiyyətli kommunal xidmətlər rəqabətli qiymətlərlə təklif ediləcək və nəticədə Azərbaycan keyfiyyətli kommunal xidmətlərin qiymətlərinə görə region ölkələri arasında ön sıralarda yer alacaq”, - deyə sənəddə vurğulanıb.
Sənəd müəllifləri əlavə edib ki, bununla Azərbaycan keyfiyyətli kommunal xidmətlərin qiymətlərinə qlobal sıralamaya görə hazırkı 65-ci yerdən təxminən 35-ci yerə yüksələcək.
banner

Oxşar Xəbərlər