AZE | RUS | ENG |


Azərbaycanda itkin düşmüş, əsir və girovluqdan azad edilmiş şəxslərin sayı açıqlandı

Azərbaycanda itkin düşmüş, əsir və girovluqdan azad edilmiş şəxslərin sayı açıqlandı
Ən son məlumata görə, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 3868 itkin düşmüş, 1437 nəfər isə əsir və girovluqdan azad olmuş şəxs kimi qeydiyyata alınıb.
Trend-in məlumatına görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının əməkdaşı Nailə Dadaşova Dövlət Komissiyasının və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) resurslarından biri olan "1905.az" portalının birgə təşkil etdiyi "Diskussiya klubu"nda çıxış edərkən deyib.
Onun sözlərinə görə, itkin düşmüş şəxslərin 3123-ü hərbçi, 745-i mülki şəxsdir. O cümlədən onların 62-si uşaq, 262-si qadın, 302 nəfəri qocadır.
Əsir və girov götürülməsi barədə məlumat daxil olmuş 873 nəfərin 591 nəfəri hərbçi, 282 nəfəri mülki şəxsdir. Onların 29 nəfəri uşaq, 99 nəfəri qadın, 112 nəfəri qocadır.
Əsir və girovluqdan azad edilmiş 1437 nəfərin 351 nəfəri hərbçi, 1086 nəfəri mülki şəxsdir. Onların 210 nəfəri uşaq, 342 nəfəri qadın, 285 nəfəri qocadır.
Əsir və girovluqdan azad olunaraq geri qaytarılanların 50 nəfəri, itkin düşənlərin 26 nəfəri Qaradağlı kəndindəndir.
N.Dadaşova deyib ki, komissiyada itkin düşmüş şəxs kimi qeydiyyata alınan 3868 nəfərdən 870 nəfəri barədə məlumatlar var.
O qeyd edib ki, əsir və girovluqdan azad olunanların ifadələri kassetlərdə və s.-də saxlanılmalı, gələcək nəsil onların gözü ilə müharibəni görməli və yaddaşlarında saxlamalıdırlar.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6915
GBP 1 İngilis funt sterlinqi 2.1255
TRY 1 Türk lirəsi 0.4748
KWD 1 Küveyt dinarı 5.6354
SEK 1 İsveç kronu 0.1952
EUR 1 Avro 1.8529
CHF 1 İsveçrə frankı 1.7260
USD 1 ABŞ dolları 1.7202